Bakıda yaşayış binasında ofis yanıb
10 Fevral 2016 18:35 KriminalBakı şəhəri, Səbail rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 2 otaqdan ibarət ofisin 1 otağının döşəməsi 0,5 kv.m sahədə yanıb. Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31