Xəzər rayonunda istixana yanıb

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 7 ha olan istixananın ərazisindəyanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə karbon dioksid qazı üçün nəzərdə tutulmuş, tutumu 20 kub.m olan çənin içərisinə çəkilmiş şüşə-lif üzlük yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31