Abşeron rayonu, Xırdalan şəhərində ikimərtəbəli ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 2 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31