Azərbaycanlı sahibkar müştərilərini güllələdi
10 Fevral 2016 17:09 KriminalSankt-Peterburqda silahlı insident baş verib. Aznews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 44 yaşlı azərbaycanlı sahibkar müştərilərinə atəş açıb. Ərzaq mağazasının 44 yaşlı sahibi polisə müraciət edərək öz əməlini etiraf edib. O, müraciətində alıcılarla mübahisə zamanı onlara öz silahından atəş açdığını deyib. İnsidentin başvermə səbəbləri araşdırılır. Hadisə yerindən polislər rezin güllələr, şampan butulkası, üzərində qan izləri olan sınmış şüşə və toxunma papaq götürüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31