Həmyerlisini bıçaqlayan polisə könüllü təslim olub

Gəncə şəhərində bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, fevralın 8-də Gəncə şəhər sakini Rabil Məmmədova bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş həmyerlisi Natiq Qəmbərov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək təslim olub. O, R.Məmmədovdan götürdüyü, üzərində səsboğucu olan pnevmatik tapança və içərisində 4 ədəd patron olan darağı da polisə təhvil verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31