Paytaxtda qanunsuz valyuta satışı ilə məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, fevralın 9-da Bakı şəhər sakini Yengibar Hasilov valyuta tənzimi qaydasını pozduğuna görə Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən saxlanıb. Onun barəsində İnzibatı Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31