Keçmiş MTN-in Baş İstintaq İdarəsinin rəis müavininin həbs müddəti uzadılıb
10 Fevral 2016 13:40 KriminalKeçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəis müavini, polkovnik Sahib Ələkbərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. APA-nın xəbərinə görə, bununla bağlı bu gün Səbail rayon Məhkəməsində qərar qəbul olunub. Məhkəmə həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31