Bakıda 74 yaşlı qadına qarşı 75 min dollarlıq dələduzluq
10 Fevral 2016 13:24 KriminalPaytaxt sakininə qarşı dələduzluq edilib. 74 yaşlı Məmmədova Sona Ələkbər qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 2008-ci ildə İldırım adlı şəxsin onun Azadlıq prospekti ev 14/170-də yerləşən mənzilini girov qoyaraq "Unibank" ASC-dən 75 min ABŞ dolları pul götürdüyünü deyib. O bildirib ki, həmin şəxs bankın pulunu qaytarmır. Bu səbəbdən də bank qadının mənzilini əlindən ala bilər.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31