Nardaranda evlərdən oğurluq edən dəstə yaxalandı
10 Fevral 2016 07:02 KriminalNardaran qəsəbəsində evlərdən oğurluq edən beş nəfərlik dəstə saxlanılıb.
"Report" xəbər verir ki, Ceyhun Nuriyev, Mehdi Kərimov, Murad Əbdülov, Rəsul Haşımov və Əbdüləli Babayev adlı şəxslər qəsəbədə bir neçə evə hasardan keçərək oğurluq etməkdə şübhəli bilinirlər.
Onlar 2015-ci ildən etibarən Nardaran qəsəbə sakinlərinin həyətindən dəfələrlə oğurluq ediblər. Həmin şəxslər qəsəbə sakini Sona Kazımovanın həyətindən 6 ədəd meyvə ağacı, qəsəbə sakini Həmid Bağırovun həyətindən dəmir borular və Şövqi Dadaşovun evindən məişət əşyaları oğurlayıblar.
Saxlanılan şəxslərin digər cinayətlər törətməsinə dair şübhələr də var.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 42-ci bölməsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31