“Milli Ön” ödəmə terminalını oğurlayanlar saxlanılıblar
9 Fevral 2016 17:26 KriminalDİN-dən verilən məlumata görə, fevralın 8-də saat 23 radələrində Lənkəran şəhərindəki kafelərdən birindən oğurluğa cəhd göstərmiş şəhər sakinləri Səfərəli Həsənov və Cavad Əlizadə Lənkəran Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ŞRPŞ-yə təhvil verilib. Həmçinin Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Abid İsrafilova məxsus mağazadan 70 manat və orada quraşdırılmış "Milli Ön" ödəmə terminalını oğurlamış Bakı şəhər sakinləri Firuz Abbasov, Azər Mirzəyev və Mədət Hüseynov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31