Şəkidə 3 otaqlı ev yanıb

Şəki şəhərində vətəndaşa məxsus 3 otalı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 168 kv.m olan birmərtəbəli 3 otaqlı, kürsülü evin tüstü bacasının ətrafı 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31