Maşının tavanındakı boşluqdan narkotik vasitə çıxdı
9 Fevral 2016 16:52 KriminalXaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun nəzarət zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikasının vətəndaşı İsa Dadaşovun idarə etdiyi "Ford Tourneo Connect" markalı, 90 TO 442 dövlət nömrə nışanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerinin tavanında olan örtüyün arxa hissəsindəki boşluqda 1 ədəd bağlamada, xalis çəkisi 1,04 qram təşkil edən qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31