Rusiya azərbaycanlı iş adamını beynəlxalq axtarışa verib
9 Fevral 2016 15:48 KriminalRusiya hüquq-mühafizə orqanları rüşvətxorluqda təqsirləndirilən azərbaycanlını axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 52 yaşlı Elçin Mahmudov rüşvətxorluqda ittiham olunur. Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub. APA-nın əldə etdiyi məlumata görə, E. Mahmudov Rusiyada "Ponek-E" və "Asfin" şirkətlərinin rəhbəridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31