"Bacısına sataşdığı üçün öldürdüm"

16 yaşlı nəvəsini öldürən baba

Ağdamda babanın 16 yaşlı nəvəsini qətlə yetirməsinin təfərrüatları məlum olub. Ağdam rayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib. R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib. Ağdam Rayon Polis Şöbəsindən verilən xəbərə görə, bu gün rayonun Çəmənli kənd qəbiristanlığında dəfn olunmuş T. Bayramovun meyiti eksqumasiya edilib. Tibbi ekspertiza zamanı T. Bayramovun qulaq, burun, dodaq və cinsiyyət orqanının kəsildiyi məlum olub.

***

16 yaşlı gənc babası tərəfindən amansızlıqla qətlə yetirilib. Aznews.az xəbər verir ki, hadisə Binəqədi rayonunda 2000-ci il təvəllüdlü Bayramov Tural Mübariz oğlu Bakıda qətlə yetirilib. T.Bayramovun ölümündə babası Rafiq Bayramov şübhəli bilinib və saxlanılıb. Hazırda Tibbi Ekspertiza qrupu meyitə baxış keçirir. T. Bayramovun amansızlıqla qətlə yetirildiyi, qulağının, burnunun, dodağının və cinsiyyət orqanının kəsildiyi deyilir. Hazırda təqsirləndirilən şəxs Ağdam rayon Polis Şöbəsində Binəqədi rayon Prokurorluğunun əməkdaşları tərəfindən dindirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31