Polis idarəsindəki intiharla bağlı - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi dünən Masallı rayon Polis Şöbəsində baş verən intiharla bağlı məlumat yayıb."Qafqazinfo"nun DİN-in saytına istinadən məlumatına görə, oktyabrın 12-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasından Masallı RPŞ-nin Müvəqqəti Saxlama Təcridxanasına etap edilmiş Vüqar Ələkbərov oktyabrın 18-də təcridxananın pəncərə barmaqlığından mələfə ilə özünü asmağa cəhd göstərib.Xəstəxanaya yerləşdirilmiş V.Ələkbərov orada ölüb.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Vüqar Şahmar oğlu Ələkbərov iyunda qız qaçırdığı üçün cinayət məsuliyyətinə cəlb edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31