Odessada qətlə yetirilən beyləqanlı gəncin meyiti Azərbaycana yola salınıb

Ukraynanın Odessa şəhərində qətlə yetirilən azərbaycanlı gənc iş adamı Aqşin Məmmədovun meyiti bu gün Azərbaycana yola salınıb. APA-nın Ukraynaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mərhum doğulduğu Beyləqan rayonunda dəfn olunacaq.

Qeyd edək ki, əslən Beyləqan rayonunun 1-ci Aşıqlı kəndindən olan, 27 yaşlı Aqşin Məmmədov fevralın 7-si axşam saatlarında Odessadakı kafelərin birindən çıxaraq avtomobilinə minən zaman naməlum şəxslərin hücumuna məruz qalıb. A. Məmmədov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31