Xətaidə 2 otaqlı mənzil külə dönüb

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus 2 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 15 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31