Əmisini və onun tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini və onun tanışını bıçaqlayan Rövşən Dadaşova hökm oxunub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R. Dadaşov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Şabran rayonun sakini R. Dadaşov ötən il iyunun 30-da əmisi Elxan Dadaşovun evində qonaq olub. Məclisdə yaranmış mübahisə zamanı R. Dadaşov əmisinə və onun qonağı  - 44 yaşlı Gəndob kənd sakini Şahin Mürsəliyevə bıçaq xəsarətləri yetirib. Yaralılar dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılaraq əməliyyat olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31