Nardaranda bədbəxt hadisə: Fəhlə iş başında ölüb
8 Fevral 2016 16:58 KriminalNardaran qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Olaylar" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 7-də Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində aparılan təmir-tikinti işləri zamanı Şərur rayon sakini Pərviz Əliyev "CSB" markalı traktorla manevr edərkən traktorun kovşu orada fəhlə işləyən Bakı şəhər sakini Araz Hümbətova dəyib. A.Hümbətov xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31