70 yaşlı kişini maşın vurub

Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən mlumata görə, fevralın 7-də saat 20 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Fərid Mirzəzadə idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən 65-70 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya yerləşdirilib və orada ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31