Masallıda məzilləri qarət edən dəstə tutulub

Masallı şəhər sakini Əlixan Rəcəbovun evindən pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilib. DİN-dən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Teymur Seyfullayev və Oqtay Abdullayev tutulublar. Ətraflarında aparılmış tədbirlərlə onların Qurbanəli Sadıqovun evindən qızıl, məişət və geyim əşyaları oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31