3 mağazanı qarət edənlər ələ keçib

Cəlilabad rayonunda mağazalardan oğurluq edən dəstə ifşa edilib. DİN-dən verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar Babayevə məxsus mağazadan tərəzi və posterminal oğurlamış şəhər sakinləri Fateh Muradov, Yusif Əhmədov, Samir İsmiyev və Kamran Abdullayev tutulublar. Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 mağazadan oğurluq etmələri, habelə K.Abdullayevin noutbukunu oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31