Mağaza oğrusunda narkotik aşkar edilib
8 Fevral 2016 16:20 KriminalFevralın 6-da saat 05.40-radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsindəki qorunan mağazalardan birindən Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. DİN-dən verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş Binəqədi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərmiş paytaxt sakini Kərim Məmmədov saxlanılıb. Müşahidə kameralarına baxış keçirilərkən onun həmin gün saat 04 radələrində Nəsimi rayonunun 20 Yanvar küçəsindəki qorunan mağazalardan birindən də oğurluğa cəhd göstərməsi müəyyən edilib. K.Məmmədov Binəqədi RPİ 4-cü PB-yə təhvil verilib. Ondan 0,2 qram heroin aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31