Saray qəsəbəsində 34 yaşlı kişi evinin qarşısında güllələnib

Saray qəsəbəsində silahlı insident baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Abşeron rayon sakini, 1982-ci il təvəllüdlü Babayev Kamran Valeh oğlunun Saray qəsəbəsindəki evinin qarşısında naməlum şəxs tərəfindən "Makarov" markalı odlu silahdan açılan atəş nəticəsində "boynun və döş qəfəsinin odlu silah yaralanması" xəsarəti ilə bağlı daxil olub.Yaralı şəxs Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31