Bakıda “göydələn” yandı
11 May 2012 14:15 KriminalBakıda daha bir "göydələn" yanıb. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Rayon ərazisində tikintisi başa çatmamış çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 2 kub.m taxta və 42 ədəd preslənmiş taxta məmulatı (DSP) yanıb. Mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31