Bakıda güclü külək fəhləni binadan atdı
8 Fevral 2016 11:57 KriminalBakıda tikintidə faciə baş verib.Milli.Az bildirir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində, yeni inşa olunan binada qeydə alınıb. Tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Nicat Səhrad oğlu Mehdiyev binadan yıxılaraq ölüb.İlkin məlumata görə, fəhlə güclü külək nəticəsində binadan yıxılıb.Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31