Bakıda elektrik stansiyası yandı

Bakıda yarımstansiyada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə mayın 10-da paytaxtın Qaradağ rayonunda baş verib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumat görə,  rayonun Qobustan qəsəbəsində elektrik yarımstansiyasında yanğın baş verib. Yanğın nəticəsində 2 saylı Yol İdarəsinə məxsus ümumi sahəsi 48 kv.m olan yarımstansiyanın içərisində transformatorun sarğıları və yağı, habelə bitişik tikilmiş ümumi sahəsi 80 kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 14:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31