Xətaidə mağaza yanıb
8 Fevral 2016 11:26 KriminalBakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus mağazada yanğın qeydə alınıb. Föbvqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 3000 kv.m olan ikimərtəbəli mağazanın birinci mərtəbəsində yerləşən sahəsi 100 kv.m olan sexin tavanı 2 kv.m sahədə yanıb, döşəməsinə dağılmış yağ qalıqları və sexdə olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31