Neftçalada 8 otaqlı evin 7 otağı yanıb
8 Fevral 2016 11:24 KriminalNeftçala rayonu, Xəzər kəndində vətəndaşa məxsus 8 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 8 otaqlı qamışdan ibarət evin 7 otağının yanar konstruksiyaları və ev əşyaları 184 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31