Özünü saat qülləsindən atmaq istədi

Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Parkda dəmir konstruksiyalı Saat qülləsində bir nəfər intihara cəhd etmək istəyib.  Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən xəbərə görə,  hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən həmin şəxsin təxminən 30-40 metr hündürlükdən özünü aşağı atmaq niyyətində olduğu məlum olub.  Xilasedicilər vətəndaşla aparılan danışıqlar zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31