Bakıda “Bentley” və “Volvo” yanıb

Bakıda iki avtomobildə yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan "Volvo" markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. Hadisə zamanı yaxınlıqda olan vətəndaşa məxsus "Bentley" və markalı minik avtomobilin arxa hissə yüksək temperaturdan əriyib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31