Evdən 20 min manat dəyərində qızıl aparılıb
5 Fevral 2016 16:21 KriminalGəncə şəhərində oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də şəhər sakini Arzu Mustafayevin evindən 500 manat və 20000 manat dəyərində qızıl əşyalar oğurlamış həmyerliləri, İlham Nəcəfov və Rövşən Hüseynov tutulub. Onların əvvəllər məhkum olunduqları müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31