Gözəllik salonuna silahlı basqın, 3 ölü, 1 yaralı

Amerikanın Florida ştatında gözəllik salonlarından birinə silahlı basqın olub. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, naməlum kişi salona daxil olaraq oradakı işçilərə atəş açıb. Hadisə nəticəsində gözəllik salonunda olan 3 qadın aldıqları güllə yarasından hadisə yerində dünyasını dəyişib, 1 qadın isə ağır yaralanıb. Yaralı qadın yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Qadınları güllələyən kişi hadisə yerindən uzaqlaşandan sonra özünü də güllələyib. Hadisənin ailə məişət münaqişəsi zəminində baş verdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31