Bakıda yaşayış binasında yanğın baş verib

Bakı şəhəri, Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan mənzilin hamam otağında tüstü bacasının ətrafı 1 kv.m sahədə yanıb. Yanğından mənzilin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31