Sabunçuda 4 otaqlı ev yanıb
5 Fevral 2016 15:20 KriminalBakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 kv.m sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar olunub. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31