Moskvada azərbaycanlı biznesmenə altı güllə vurdular
4 Fevral 2016 18:58 KriminalMoskvada azərbaycanlı biznesmen öldürülüb. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, qətl Moskva şosesində, "Arqo" kafesinin yaxınlığında törədilib. Yerli vaxtla saat 23:10-da həmin yolda hərəkətdə olan "Mercedes" "Chevrolet Lacetti" markalı avtomobildə olan naməlum şəxslər tərəfindən atəşə tutulub. "Mercedes"ə ən azı on güllə atılıb. Həmin güllələrdən 6-sı sükan arxasında olan azərbaycanlıya dəyib və o, hadisə yerində keçinib. "Chevrolet Lacetti" isə oradan uzaqlaşıb. Ölən şəxsin 42 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilir, onun ad və soyadı isə açıqlanmır. Onun meyvə-tərəvəz biznesi ilə məşğul olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31