Bakıda əməliyyat, “avtoritet” həbs olunub

Bakının Qaraçuxur qəsəbəsindəki "Yağmur" şadlıq evində keçirilən toyda atışma olub.İlkin məlumata görə, kriminal "avtoritet"lərdən birinin toyunda düşən davada silahlar çəkilib. Qarşıdurma nəticəsində toyu qara maskalı şəxslər basıb. Toyda kütləvi həbslər aparılıb. musavat.com APA-nın yaydığı məlumata görə isə hüquq-mühafizə orqanları tərəfindən Bakıda xüsusi əməliyyat keçirir. Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində həyata keçirilən əməliyyat nəticəsində cinayətkar qrupun üzvləri zərərsizləşdirilib. Əməliyyat zamanı odlu silahdan istifadə olunub. Hazırda Qaraçuxur qəsəbəsində mərkəzi küçə polis nəzarətindədir, əraziyə heç kim buraxılmır. Suraxanı Rayon Polis İdarəsindən faktı təsdiqləsələr də əlavə açıqlama verilməyib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31