Meyitxanada saxlanılan naməlum meyid

Cəsəd akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında saxlanılır

Oktyabrın 16-da axsam saatlarında Akademik Mirqasımov adına Respublika klinik xəstəxanasının meyidxanasına təxminən 20-22 yaşlarında kişi meyidi gətirilib. Qeyri-rəsmi mənbələrin məlumatına görə naməlum şəxs elə məlum olmayan şəxslər, ya da ki, şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Həkimlər iki gündür klinikanın meyitxanasında saxlanılan cəsədin valideynlərini axtarırlar. Şəxs barədə xəstəxanaya gəlib maraqlanan da yoxdur. Maraqlıdır ki, vəziyyət barədə mətbuata heç bir məlumat sızdırılmayıb. Cinayətin hansı səbəbdən baş verdiyi də məlum deyil. Həkimlər naməlum şəxsin tələbə olması qənaətindədirlər. Vəziyyət barədə  cinayət işi açılıb açılmamağı barədə də heç bir məlumat yoxdur. (OLAYLAR)  İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31