Mağazalara qənim kəsilən şəxslər saxlanıb
3 Fevral 2016 16:34 KriminalAzərbaycanda oğurluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Əhsən Qasımova və Nəsirxan Rzayevə məxsus mağazalardan pul, geyim əşyaları və ərzaq məhsulları oğurlamış Bakı şəhər sakinləri Azər Mirzəyev və Vüqar Süleymanov tutulub.
Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də rayon sakinləri Sarvan Məmmədova, Taleh Muradova və Elçin İbadova məxsus mağazalardan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamış həmyerliləri Ramin Rəsulov, Ramil Mövsümov və Ucar rayon sakini Tamerlan Hüseynov tutulub.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-nə keçən gecə şəhər sakini Məmmədağa Əliyevə məxsus mağazadan 165 manat və ərzaq məhsulları oğurlamış həmyerliləri, əvvəllər məhkum olunmuşlar Telman Mayılzadə və Ariz Talıblı tutulub.