Bakıda “Olimpiya Hərəkatı”nın badminton idman növü üzrə rayon birinciliklərinə yekun vurulub

Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Olimpiya Hərəkatı" məktəblilərin kütləvi idman proqramı çərçivəsində badminton idman növü üzrə rayon birinciliklərinə yekun vurulub.
Qeyd edək ki, 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan "Olimpiya Hərəkatı" proqramı Bakı rayon yarışları ilə davam edib və cari ilin əvvəlində "Bakı 2015" Avropa Oyunlarının yarış obyektlərindən birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31