Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 126 kv.m olan üçmərtəbəli 5 otaqlı evin mətbəxində soyuducu və şkaf 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31