Rusiyada qətl və adam oğurluğu cinayətləri törədən şəxs Azərbaycanda tutulub

Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 102-ci (qəsdən adam öldürmə), 125-ci (adam oğurluğu) və 147-ci (dələduzluq) maddələri ilə axtarışda olan Oqtay Həsənov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31