Məktəbdən oğurluq edən şəxs ələ keçib

Sumqayıtda baş vermiş oğurluq hadissinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbin direktorunun otağından noutbuk və 2 saylı qadın məsləhətxanasının inzibati binasından təmir-tikinti alətləri oğurlamış Sumqayıt şəhər sakini Elçin Vahabov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31