Cəbrayıl sakinindən tapança götürülüb
1 Fevral 2016 17:35 KriminalBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Cəbrayıl rayon sakini Gündüz Rəsulovdan "Makarov" markalı tapança və 8 ədəd patron götürülüb. DİN-dən verilən məlumata görə, onun Xırdalan şəhərindəki evinə baxış zamanı isə lüləsi və qundağı kəsilmiş "İJ" markalı tüfəng və 19 ədəd patron da aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31