Dəmir yolundan kabel oğurlayanlar saxlanıb

Şirvanda dəmir yolu stansiyasında pğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Şirvan dəmir yolu stansiyasının ərazisində rabitə kabelinin 22 metrlik hissəsini kəsib oğurlamış şəhər sakinləri İsmayıl Gözəlov, Tural Yusifov, Daşqın Mütəllimov, Elvin Mikayılov və qardaşı Cavid tutulmuş və İmişli XRŞ-yə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31