Polis Bakıya gətirilən 1 ton 100 kq at əti aşkarladı

Polis Bakıya satmaq üçün gətirilən 1 tondan artıq at ətini aşkarlayıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanvarın 24-də Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda Ağcabədi rayon sakini Nofəl Yusifovun idarə etdiyi "Ford" markalı avtomobil saxlanılıb. Baxış zamanı avtomobildə olan 1 ton 100 kiloqram at əti aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31