Silsilə oğurluqla məşğul olan şəxslər saxlanıb
29 Yanvar 2016 16:30 KriminalQuba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Mübariz Paşayevin evindən 100 ABŞ dolları və geyim əşyaları oğurlamış Qusar şəhər sakinləri Emin Əmirbəyov, Ayaz Qurbanov və Fariz Əhmədxanov tutulublar. DİN-dən verilən məlumata görə, ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon sakinləri S.Nəcəfova, Z.Əmirxanovaya məxsus evlərdən oğurluğa cəhd göstərmələri, L.Abbasovanın, V.Abdullayevin evlərindən qızıl əşyalar və pul oğurlamaları, həmçinin, E.Əmirbəyovun və A.Qurbanovun Quba şəhər sakini Qalib Sultanovla birgə həmyerliləri Ramiz Dəmirovun evindən sənəd və ətir oğurlanmaları da müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə Q.Sultanov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31