Şəmkirdə Türkiyə vətəndaşının meyiti tapılıb
28 Yanvar 2016 16:37 KriminalAzərbaycanda Türkiyə vətəndaşının meyiti tapılıb. "Olaylar" DİN-in saytına istinadən bildirir ki, yanvarın 27-də Şəmkir rayonunun Seyfəli kəndində avtomobillərin hərəkət istiqamətinin əksi istiqamətində yolun kənarında dayanmış "İveco" markalı yük avtomobili aşkar edilib. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı sürücü, Türkiyə vətəndaşı Semiz Kademin meyiti (ilkin məlumata əsasən infarktdan ölüb) tapılıb. Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31