Vətəndaşın hesabından pul oğurlayan saxlanıb
28 Yanvar 2016 16:36 KriminalBərdədə vətəndaşların bank hesablarından pul oğurlayan şəxs saxlanılıb. "Olaylar"-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Səbirə Ələkbərovanın, Qaraş Alıyevin və Sevinc Xəlilovanın "Kapital bank"dakı hesablarından ümumilikdə 375 manat oğurlamış rayon sakini Kənan Hüseynov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31