Ruhi xəstə evlə birgə yanıb

Mingəçevir şəhərinin Bağlar sahəsində yaşayan Cəfərqulu Süleymanovun 3 otaqlı evində yanğın baş verib. DİN-dən verilən məlumata görə, nəticədə 2 otağın yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra C.Süleymanovun oğlu, ruhi xəstə İqbalın yanmış meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31